SİA AZƏRTAC-a istinadən xəbər verir ki, Liverpul təmsilçisi “Aston Villa”dan 21 yaşlı mərkəz yarımmüdafiəçisi Tim İroqbunamı transfer edib. Onunla üçillik müqavilə imzalanıb.
“Everton”un bu keçid üçün qarşı tərəfə 9 milyon funt-sterlinq ödədiyi bildirilib.
Qeyd edək ki, Tim İroqbunam ötən mövsüm “Aston Villa”nın heyətində Premyer Liqada 9 oyunda iştirak edib.