Astanada 26 mərtəbəli göydələn yanır

22 İyun 2024 17:55 (UTC+04:00)

Astanada Turan prospektində yerləşən “Rixos Khan Shatyr Residences” hündürmərtəbəli yaşayış binası yanır. 26 mərtəbədən ibarət olan göydələn dünyanın ən böyük “çadırı” kimi Ginnesin Rekordlar Kitabına düşən Xan-Şatır ticarət mərkəzinin yaxınlığında yerləşir.

...Bina inzibati və qismən yaşayış binasıdır. Hadisə yerində qərargah yaradılıb. Evakuasiya davam edir.

SİA-nın əldə etdiyi məlumata görə, bunu Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin rəsmi Telegram kanalı yayıb.

Aydın olur ki, hazırda fövqəladə hadisə yerində 3-cü dərəcəli yanğınsöndürənlər işləyir. Mütəxəssislər tərəfindən 16 texnika və 72 xilasedici cəlb olunub.

İlkin məlumatlara görə, artıq 8 nəfər və bir uşaq təxliyə edilib. Ölən və yaralananların olub-olmaması hələlik məlum deyil.

Əli Babayev