ETSN: çaylarda suyun səviyyəsi izlənilir

22 İyun 2024 12:56 (UTC+04:00)

Milli Hidrometeorologiya Xidmətinin iyunun 22-si saat 11:00-a olan məlumatına əsasən, ölkə ərazisində yağan intensiv yağıntılarla əlaqədar İsmayıllı rayonu ərazisindən axan Göyçayda, Girdimançayda, Ağsu rayonu ərazisindən axan Ağsuçayda, Qobustan rayonu ərazisindən axan Pirsaatçayda sululuğun artımı davam edir. SİA-nın xəbərinə görə, digər çaylarda isə nisbətən azalma müşahidə olunur.

Xidmətin Hidrologiya Mərkəzinin direktoru Asif Verdiyev bildirib ki, hazırda Şabran rayonu ərazisindən axan Gilgilçaydan sel keçməsi müşahidə olunur.

“Avtomat stansiyalar vasitəsilə çaylarda suyun səviyyəsi mütəmadi izlənilir”, - deyə A.Verdiyev qeyd edib.