Azad olunmuş ərazilər üzrə idxalı ƏDV-dən azad edilən xammal və materialların siyahısına dəyişiklik edilib

22 İyun 2024 12:45 (UTC+04:00)

İşğaldan azad edilmiş ərazilər üzrə idxalı əlavə dəyər vergisindən və gömrük rüsumundan azad edilən iqtisadi fəaliyyət sahələri və mal nomenklaturaları üzrə texnikanın, texnoloji avadanlıqların və qurğuların, habelə xammal və materialların siyahısına dəyişiklik edilib. SİA xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı müvafiq qərar imzalayıb.