Maşının içində selə düşdülər

22 İyun 2024 12:21 (UTC+04:00)

Qırxbulaq çayının Şamaxı rayonunun Qaleybuğurd kəndi ərazisindən keçən hissəsində sel səbəbindən 3 nəfər avtomobildə təhlükəli vəziyyətdə qalıb. SİA xəbər verir ki, məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Şamaxı rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri hadisə yerinə cəlb olunub.

Yanğınsöndürən-xilasedicilər müxtəlif vasitələrdən istifadə etməklə sel gələn çayda qalmış “NİVA” markalı minik avtomobilində olan 3 nəfəri xilas edərək təhlükəsiz əraziyə çıxarıblar.