Füzulidə 3 tondan artıq yabanı çətənə bitkisi məhv edilib

22 İyun 2024 10:42 (UTC+04:00)

Füzulidə 3 tondan artıq yabanı çətənə bitkisi məhv edilib. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən SİA-ya verilən məlumata görə, Füzuli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən "Xaş-xaş 2024" planına uyğun olaraq tədbir keçirilib.

Tədbir zamanı Qacar kəndinin ərazisində yabanı halda bitən 3 tondan artıq 6 832 ədəd çətənə bitkisi toplanılaraq yandırılıb.