Almaniyada daha 8 nəfər saxlanıldı

22 İyun 2024 05:47 (UTC+04:00)

Almaniya hüquq-mühafizə orqanları Avro 2024-də narkotik qanunlarını pozduğuna, dava saldığına və elektrikli skuter sürdüyünə görə səkkiz ingilis azarkeşi həbs edib. SİA xəbər verir ki, bu barədə “X” sosial şəbəkəsində jurnalist Kave Solhekol məlumat verib.

Xatırladaq ki, İngiltərə yığması Avro-2024-ə Serbiya üzərində qələbə (1:0) ilə başlayıb. Qrup mərhələsinin 2-ci turunun matçında ingilislər Danimarka ilə qarşılaşıb. Oyun 1:1 hesabı ilə heç-heçə başa çatıb.

Qeyd edək ki, alman polisi daha əvvəl də 3 ingilis azarkeşi həbs etmişdi.