Marneulidə gənclərə COP29-la bağlı məlumat verilib - FOTOLAR

22 İyun 2024 03:40 (UTC+04:00)

Gürcüstanın Marneuli şəhərində “GES Youth Energy+” proqramı çərçivəsində “Yaşıl Dünya Naminə Həmrəylik İli”nə həsr olunmuş növbəti görüş keçirilib. SİA xəbər verir ki, “İnkişaf və Təhsil Mərkəzi” nin təşkilatçılığı ilə keçirilən tədbirdə sağlam həyat tərzi, təmiz ekologiya, yaşıl dünya, yaşıl enerji və s. məsələlər diqqət mərkəzində olub.

Bildirilib ki, Azərbaycan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının Bakıda keçiriləcək 29-cu sessiyasına (COP29) ev sahibliyi edəcək.

Vurğulanıb ki, Azərbaycan beynəlxalq tədbirlərə ev sahibliyi etmək sahəsində zəngin təcrübəyə malikdir. Daha sonra gənclər qlobal istiləşmə haqda sənədli film izləyiblər. Layihənin məqsədi gənclərin dünya görüşlərini artırmaq və məlumatlanmalarına dəstək olmaqdır.