Zelenski Ukraynanın Polşadakı səfirini işdən çıxarıb və...

22 İyun 2024 00:54 (UTC+04:00)

...İyunun 21-də Ukrayna prezidenti Vladimir Zelenski Vasili Zvariçi Polşadakı səfir vəzifəsindən azad edərək Çexiyaya səfir təyin edib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “European Truth” yazır.

Zelenski birinci fərmanı ilə Vasili Zvariçi Ukraynanın Polşadakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən azad edib, ikincisi ilə isə onu Ukraynanın Çexiyadakı diplomatik missiyasının rəhbəri təyin edib.

Qeyd edilir ki, Vasili Zvariç 2022-ci il fevralın əvvəlində Polşaya səfir təyin edilibmiş.

Bundan əvvəl o, Ukrayna Xarici İşlər Nazirliyinin ikinci ərazi departamentinin direktoru vəzifəsində çalışıb, Xarici İşlər Nazirliyinin informasiya siyasəti departamentinin direktor müavini, eyni zamanda Ukraynanın Polşadakı səfirliyində nazir-müşaviri olub.

Əli Babayev