Azərbaycanın iki üzgüçüsü “Paris-2024”-ə lisenziya qazanıb

21 İyun 2024 23:29 (UTC+04:00)

Azərbaycan iki üzgüçüsü “Paris-2024” Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Məryəm Şeyxəlizadəxangah və Ramil Vəlizadə Serbiyanın paytaxtı Belqrad şəhərində keçirilən üzgüçülük üzrə Avropa çempionatının nəticələrinə əsasən, rəsmi dəvət əsasında Olimpiya Oyunlarına vəsiqə qazanıblar.