Sankt-Peterburqda əcnəbi rus qadını döyüb

21 İyun 2024 22:44 (UTC+04:00)

...Sankt-Peterburqda şəhər sakinini zorlayan və döyən Fələstin vətəndaşı saxlanılıb.

SİA-nın əldə etdiyi məlumata görə, hazırda ona qarşı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 131 (zorlama) maddəsi ilə iş açılıb.

Bu barədə Rusiya Federasiyasının Sankt-Peterburq üzrə Baş İstintaq İdarəsinin mətbuat xidməti məlumat yayıb.

Şübhəli şəxs, müstəntiqlərin fikrincə, bir sıra oxşar cinayətlər törədə bilər.

Müstəntiqlər 2024-cü ilin yanvarında 35 yaşlı kişinin qadını döyərək zorladığını müəyyən edə biliblər.

Hadisənin baş vermə şəraiti müəyyənləşdirilir. Əvvəllər zərərçəkmiş Sankt-Peterburq mediasına müraciət edərək zorakılıq hekayəsini ictimailəşdirmişdi.

Əli Babayev