Millətlər Liqası: Türkiyə yığması mübarizəni dayandırıb

21 İyun 2024 22:17 (UTC+04:00)

Türkiyənin qadın voleybol yığması Millətlər Liqasında mübarizəni dayandırıb.

SİA xəbər verir ki, Daniele Santarellinin komandası 1/4 finalda Polşa ilə üz-üzə gəlib. Görüş “ay-ulduzlular”ın 2:3 hesablı məğlubiyyəti ilə yekunlaşıb.

Bununla da qardaş ölkə təmsilçisi Millətlər Liqasındakı çıxışını başa vurub.