Belousov cəbhə xəttindəki vəziyyəti dəyərləndirib...

21 İyun 2024 19:13 (UTC+04:00)

Rusiya hərbçiləri bütün cəbhə xəttində təşəbbüskardırlar. Düşmənin döyüş potensialı nəzərəçarpacaq dərəcədə azalır. SİA-nın əldə etdiyi məlumata görə, bunu Rusiyanın müdafiə naziri Andrey Belousov bildirib.

...Rusiya Silahlı Qüvvələrinin cəsarəti, fədakarlığı və peşəkar işi sayəsində...

Müdafiə Nazirliyinin rəhbəri bunu hərbi ali məktəblərin məzunları ilə görüşdə bildirib.

...Xüsusi əməliyyat zamanı silahlı qüvvələrimiz nasist ideologiyasının davamçılarına qarşı qətiyyətlə mübarizə aparır. Rusiya ordusu və donanması ən ciddi çağırış və təhdidlərə cavab verməyə qadirdir. Rusiya indi ədalətli və bərabər dünya nizamı qurmaq uğrunda mübarizənin önündə gedir.

Belousov deyib bunları.

Əli Babayev