...Cümə günü brifinqdə müxalifətçi deputat Teona Akubardia bildirib ki, ABŞ-ın 2025-ci il üçün Müdafiə Səlahiyyəti Aktında Gürcüstan tərəfinə hərbi yardım haqqında heç bir qeyd yoxdur.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə xəbəri VZQLYAD qəzetinin Tbilisidəki müxbiri bildirib.
...Deputat Akubardia qanunda Gürcüstanla bağlı heç bir qeyd yoxdur, ordumuz üçün maliyyə sıfırdır”-deyib.
O, baş verənlərdə günahı “Xarici təsirin şəffaflığı haqqında” qanunun qəbulundan sonra Qərbin sanksiyalarla hədələdiyi hakim “Gürcü arzusu”nun üzərinə atıb.
...Beləliklə, “Gürcü arzusu” Gürcüstanı ABŞ-ın hərbi yardımından məhrum etməklə Kremlin tapşırığını yerinə yetirdi, - deyə deputat bildirib.
Onun sözlərinə görə, Amerikanın köməyi olmadan Gürcüstan özünü müdafiə edə bilməyəcək. Gürcüstan hakimiyyəti hələlik bununla bağlı açıqlama verməyib.
Əli Babayev