AVRO-2024: Ukrayna hesabda önə keçdi - YENİLƏNİR

21 İyun 2024 18:44 (UTC+04:00)

Almaniyada keçirilən Avropa çempionatının qrup mərhələsində II turun oyunları davam edir.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu gün II turun daha üç qarşılaşması baş tutacaq.

Günün ilk oyununda E qrupunda mübarizə aparan Slovakiya – Ukrayna ilə üz-üzə gələcək.

Digər iki qarşılaşma D qrupda yer alan Polşa – Avstriya və Niderland – Fransa yığmaları arasında baş tutacaq.

AVRO-2024
21 iyun
II tur

E Qrupu

17:00. Slovakiya – Ukrayna - 1:2 (İkinci hissə)
Qollar: Şrans, 17 // Şaparenko, 54, Yaremçuk, 80
“Dusseldorf Arena”

D Qrupu

20:00. Polşa – Avstriya
“Berlin Olimpiya Stadionu”

23:00. Niderland – Fransa
“Red Bull Arena”