Ana və qızları yüksək bal toplayıblar...

21 İyun 2024 18:26 (UTC+04:00)

Müəllimlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsində Cəlilabad şəhər 1 nömrəli məktəb-liseyin 3 müəllimi yüksək nəticə göstərib.

SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, Lənkəran - Astara Regional Təhsil İdarəsindən bildirilib ki, Asya Yusifova imtahanda 58 bal toplayıb. Onun övladları Mehriban Şikarlı 58 bal, Günel Şikarlı isə 59 bal toplayaraq yüksək nəticə göstərib.