Ana və iki qızı bugünkü imtahanda yüksək nəticə əldə edib

21 İyun 2024 14:27 (UTC+04:00)

Təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsinin birinci seansında ana və iki qızı yüksək nəticə əldə edib. SİA-nın məlumatına görə, Cəlilabad şəhər 1 nömrəli məktəb-liseyin 3 müəllimi yüksək bal toplayıb.

Beləliklə, Asya Yusifova 58 bal, onun qızları - Mehriban Şikarlı 58 bal, Günel Şikarlı isə 59 bal toplayıblar.

Sertifikatlaşdırma prosesinin test mərhələsinin ilk seansı artıq yekunlaşıb.