Azərbaycan dili və ədəbiyyat müəllimlərinin 95 faizi sertifikatlaşdırmadan uğurla keçib

21 İyun 2024 14:13 (UTC+04:00)

Azərbaycan dili və ədəbiyyat müəllimlərinin 95 faizi, ibtidai sinif müəllimlərinin isə 86 faizi sertifikatlaşdırma prosesindən uğurla keçib. Bu barədə SİA-ya Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, yeni tədris ilindən müəllimlərin əməkhaqqı sertifikatlaşdırmanın nəticələrinə uyğun olaraq müvafiq artımla hesablanacaq.