Qarabağ Universitetinin İncəsənət fakültəsində müəllim vakansiyası elan olunur

21 İyun 2024 11:03 (UTC+04:00)

Qarabağ Universitetində musiqişünaslıq, pianino, skripla, klarnet, saksofon, tar, kamança, saz, qanun, balaban, nağara, qarmon alətləri; xanəndəlik, rəsm, rəngkarlıq, sənətşünaslıq və milli vokal istiqamətləri üzrə müəllim vakansiyaları elan edilib. Bu barədə SİA-ya Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.

Tələblərə cavab verən namizədlər müraciətlərini mövzu yerinə “_ (istiqamət üzrə) müəllim” yazmaqla [email protected] elektron poçt ünvanına göndərə bilərlər.

Vakansiya üzrə müraciət iyulun 7-dək qəbul edilir.