Güclü külək Tərtər rayonuna da ziyan vurub

20 İyun 2024 22:34 (UTC+04:00)

İyunun 20-də axşam saatlarında əsən güclü külək Tərtər rayonunda ziyanlıq törədib.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, ilkin məlumata görə güclü külək nəticəsində 20-dək ağac, 10-dan artıq elektrik dirəyi aşıb, fərdi evlərə, təsərrüfatlara ziyan dəyib. Rayonun yaşayış məntəqələrində elektrik enerjisinin verilməsi dayanıb.

Hazırda dəymiş ziyanın dəqiqləşdirilməsi və aradan qaldırılması istiqamətində iş aparılır.