Boris Conson yeni kitabının işıq üzü görəcəyi tarixi açıqlayıb

20 İyun 2024 19:56 (UTC+04:00)

Britaniyanın sabiq Baş naziri Boris Conson xatirələrinin əks olunacağı memuar kitabının oktyabrın 10-da işıq üzü görəcəyini açıqlayıb.

SİA xəbər verir ki, “Unleashed” adlanan kitab Boris Consonun London meri olduğu vaxtdan tutmuş Brexit referendumundakı roluna və 2019-2022-ci illər arasında “Downing Street”dəki baş nazirlik dönəminə qədər bütün əsas məqamları əhatə edəcək.

Qeyd edək ki, bu ilin aprelində Boris Consonun varisi Liz Trassın “Qərbi xilas etmək üçün on il” adlı kitabı nəşr olunub.