“Günvurma halının ağırlaşmaması üçün ilkin tibbi yardım mühüm əhəmiyyət kəsb edir“ - HƏKİM DANIŞDI

20 İyun 2024 17:25 (UTC+04:00)

“Günəş şüası altında açıq havada saatlarla qaldıqda günvurma baş verir. Günvurma hallarına daha çox açıq havada çalışan şəxslərdə rast gəlinir. Günvurma halsızlıq, huşunu itirmə, ağızda quruluq, baş ağrısı və gicəllənməsi, ürəkbulanma halları ilə müşahidə olunur. Bu zaman insanlar sərin yerə keçməli və sərin su içmək tövsiyyə olunur”. Bu sözləri SİA-ya açıqlamasında həkim-terapevt Nərminə Abbasova deyib.

O bildirib ki, günvurma halları zamanı dar paltarlardan uzaq durmaq lazımdır: “Əgər günvurma ilə qarşılaşan şəxs huşunu itirirsə, ilk tibbi yardımdan sonra mütləq həkimə müraciət etmək lazımdır. Əks təqdirdə xəstənin vəziyyəti daha da ağırlaşa bilər.

Ümumiyyətlə günvurma halının ağırlaşmaması üçün ilkin tibbi yardım mühüm əhəmiyyət kəsb edir. Buna görə də yuxarıda sadalananları nəzərə almaq lazımdır”.