10 ildə Azərbaycanda sağlamlıq imkanları məhdud uşaqların sayı artıb

20 İyun 2024 16:16 (UTC+04:00)

“10 ildə Azərbaycanda sağlamlıq imkanları məhdud uşaqların sayı artıb”. SİA xəbər verir ki, bu sözləri Səhiyyə Nazirliyi Səhiyyə siyasəti şöbəsinin Ana və uşaqların sağlamlığının qorunması sektorunun müdiri Aynurə Zeynalova parlamentdə “Sağlam ailə modeli və nikah hüququ” mövzusunda keçirilən ictimai dinləmədə çıxışı zamanı deyib.

“Ana ölümlərinin statistikasını təhlil edəndə müşahidə edilir ki, qadınlar daha çox ikinci və üçüncü hamiləlik nəticəsində doğuş zamanı dünyasını dəyişir. Bununla bağlı bir çox nümunələr var”, - o qeyd edib.