Azərbaycanın 3 yunan-Roma güləşçisi beynəlxalq yarışda medal qazanıb - FOTOLAR

20 İyun 2024 14:38 (UTC+04:00)

Azərbaycanın üç yunan-Roma güləşçisi Rusiyanın Kazan şəhərində keçirilən BRICS Oyunlarında medal qazanıb. SİA xəbər verir ki, Tuncay Vəzirzadə (82 kiloqram), Məhəmməd Əhmədiyev (97 kiloqram) və Sərxan Məmmədov (130 kiloqram) fəxri kürsünün üçüncü pilləsinə qalxıblar.

Qeyd edək ki, multiidman yarışında Azərbaycanın sərbəst güləşçiləri 1 qızıl, 3 gümüş və 2 bürünc, qadın güləşçilər isə 1 qızıl və 1 bürünc medal əldə ediblər.