Avro-2024-də hamı ondan danışır - FOTOLAR

20 İyun 2024 13:24 (UTC+04:00)

Xorvariyalı model İvana Knollu tanımayan az sayda futbol azarkeşi olar. Onun ulduzu 2022-ci ildə Qətərdə keçirilən Dünya Kubokunda parladı. SİA xəbər verir ki, İvana mundialdan sonra yoxa çıxmadı. Əksinə, digər nüfuzlu yarışlara influenser kimi dəvət aldı. Hazırda Almaniyada keçirilən Avropa çempionatında da tribunaların bəzəyinə çevrilib. Ancaq bu günlərdə onun yeni rəqibi ortaya çıxıb. Söhbət həmyerlisi Maqdalena Keskiçdən gedir. O, artıq Avro-2024-ün ən çox danışılan adlarından birinə çevrilib. Almaniyaya möhtəşəm geyimlərlə gəlib.

Keskiç haqqında çox şey məlum deyil. Lakin bu, uzun sürməyəcək.