“Son illərdə təbii fəlakətlər aqrar sektora 3 trilyon dollardan çox zərər vurub“ - İsmail Serageldin

20 İyun 2024 12:41 (UTC+04:00)

“Son illərdə təbii fəlakətlər aqrar sektora 3 trilyon dollardan çox zərər vurub. Kənd təsərrüfatı istehsalı və ərzaq təhlükəsizliyi, həmçinin iqlim dəyişikliyi, pandemiya, epidemiya və silahlı münaqişələrdən də zərər çəkir”. SİA xəbər verir ki, bu fikirləri Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldin “COP29-a Aparan Yol: Dayanıqlı və Davamlı Gələcək” mövzusunda Yüksək Səviyyəli 29-cu Toplantı çərçivəsində keçirilən "Ərzaq və kənd təsərrüfatı sektorunun xüsusi halı" mövzusunda panel müzakirələrdə çıxışında səsləndirib.

“Təbii fəlakətləri qabaqlamaq və önləyici tədbirlər görmək üçün 10-15 il əvvəl İKT və elm o dərəcədə inkişaf etməmişdi. Lakin bu gün İKT və elmi nailiyyətlər sayəsində insanlar buna hazırlıqlı ola bilərlər. Bunun üçün bütün dövlətlər güclərini birləşdirməlidir. Bu cür tədbirlər belə vacib məsələlərin həlli üçün mühüm platformadır”, - deyə İsmail Serageldin qeyd edib.