Ötən ay 3,2 mindən çox şəxsə proaktiv qaydada pensiya təyinatı aparılıb

20 İyun 2024 11:54 (UTC+04:00)

Bu ilin may ayı ərzində 3,2 mindən çox şəxsə proaktiv qaydada yaşa, əlilliyə və ailə başçısını itirməyə görə pensiya təyinatı aparılıb. Bu barədə SİA-ya Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidmətindən məlumat verilib.

Qeyd edilib ki, onların 57,1 faizini kişilər, 42,9 faizini isə qadınlar təşkil edib.