Kürdəmirdə silahlı insident olub

20 İyun 2024 10:54 (UTC+04:00)

Kürdəmirdə silahlı insident olub. SİA xəbər verir ki, hadisə gecə saatlarında rayonunun Carlı kəndində baş verib. Kənd sakini, 1988-ci il təvəllüdlü Xalid Ələkbər oğlu Abdullayevlə, həmyerlisi, 1986-cı il təvəllüdlü Rüstəm Çingiz oğlu Məmmədovla aralarında mübahisə yaranıb. X. Abdullayev ov tüfəngi ilə R. Məmmədovu güllələyib.

Zərərçəkən ağır vəziyyətdə Kürdəmir Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Fakt araşdırılır.