Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində iyunun 19-da ümumi çəkisi 28,5 kiloqramdan çox narkotik vasitə aşkarlanaraq götürülüb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, narkotik vasitələr – 20,7 kiloqramdan artıq heroin, 5,1 kiloqramdan çox marixuana, 2,7 kiloqrama yaxın metamfetamin qanunsuz dövriyyədən çıxarılıb.
Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.