Nigeriyada silahlı hücumlarda 12 nəfər həyatını itirib

20 İyun 2024 10:01 (UTC+04:00)

Nigeriyanın Benue və Kaduna əyalətlərində baş verən silahlı hücumlarda 12 nəfər həyatını itirib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, çoxlu adamın qaçırıldığı bildirilib.

Milli mətbuatda yer alan xəbərlərdə Kaduna əyalətinin Kajuru bölgəsində baş verən hücumda biri qadın olmaqla 6 nəfərin öldüyü bildirilib.

Nigeriya son vaxtlar ölkənin müxtəlif yerlərində silahlı dəstələrin, eləcə də "Boko Haram" və "ISWAP"ın hücumları ilə üzləşir. Ölkədə adam oğurluğuna görə cəza ölüm olsa da, fidyə müqabilində adam oğurluğu hallarına rast gəlinir. Silahlı insanlar ümumiyyətlə ölkənin şimalındakı kəndləri, məktəbləri və səyahətçiləri hədəf alır və fidyə tələb edirlər.