Vəfa Şərifova fanatına belə sürpriz etdi

20 İyun 2024 08:40 (UTC+04:00)

Vəfa Şərifova illərdir fanatı olan Aydan adlı xanıma sürpriz edib. SİA xəbər verir ki, müğənni gözlənilmədən onun nişan mərasiminə qatılıb. Vəfanı qarşısında görən xanımın sevinci sosial mediada gündəm olub.

Vəfa isə duyğularını belə dilə gətirib: "İllərdir mənim fanatım olan Aydanımın nişanına özümü çatdıra bildim. Bütün fanlarım mənə övladım, bacım, qardaşım kimi doğmadır. Bundan sonra çalışacam ki, özəl günlərinizdə belə sürprizlər edim".