19 yaşlı gənc boğulub

19 İyun 2024 12:25 (UTC+04:00)

Zaqatalada 19 yaşlı gənc çayda boğulub. SİA xəbər verir ki, hadisə Zaqatala rayonunun Uzuntala kəndində qeydə alınıb.

Belə ki, Balakən rayonunun Talalar kənd sakini 2005-ci il təvəllüdlü Ülfət Elşad oğlu Əliyev Uzuntala kəndində çayda çimərkən boğulub.