AVRO-2024: Türkiyə qələbə ilə başladı, Portuqaliya Çexiyaya qarşı

18 İyun 2024 22:12 (UTC+04:00)

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatı davam edir.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu gün daha iki oyun baş tutacaq.

Hər iki matç F qrupunda keçiriləcək. Əvvəlcə qardaş Türkiyə yığması ilə qonşumuz Gürcüstanın milli komandası üz-üzə gələcək. Qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.

Günün ikinci matçı isə Portuqaliya və Çexiya yığmaları arasında keçiriləcək. Oyun saat 23:00-da başlanacaq.

AVRO-2024
17 iyun
F qrupu

Türkiyə - Gürcüstan - 3:1
Qollar: M. Müldür, 26, Arda Güler, 66, Kerem Aktürkoğlu, 90+7 // Mikuatadze, 32
Baş hakim: Fakundo Telyo (Argentina)
Dortmund. "Siqnal İduna Park" stadionu

23:00. Portuqaliya - Çex Respublikası
Baş hakim: Marko Quida (İtaliya)
Leyptsiq. "Red Bull Arena"