Oturacaq çatışmazlığı səbəbindən sərnişin təyyarəyə buraxılmayıb

18 İyun 2024 20:56 (UTC+04:00)

“Smartavia” Hava Yolları təyyarənin göyərtəsində oturacaqların olmaması səbəbindən beş sərnişini reysə buraxmaqdan imtina edib.

SİA-nın əldə etdiyi məlumata görə, bunu "Kommersant" xəbər verir.

Şimal-Qərb Nəqliyyat Prokurorluğu araşdırmalara başlayıb. Sərnişinlərdən biri reysi təxirə salıb. Daha dörd nəfər Sankt-Peterburqa növbəti uçuş üçün qeydiyyatdan keçdi.

Onlar hazırda Xrabrovo hava limanında gözləmə zalındadırlar.

Kalininqrad nəqliyyat prokurorluğunun müdaxiləsindən sonra sərnişinlər isti yemək və sərinləşdirici içkilərlə təmin edilib.

Yoxlamanın nəticələrinə əsasən, əsas olarsa, prokurorluq cavab tədbirləri görüləcək.

Nazlı