Gənc oğlan Araz çayında boğularaq ölüb

18 İyun 2024 18:24 (UTC+04:00)

Saatlı rayon sakini Araz çayında çimərkən boğularaq ölüb.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, hadisə ötən gün Araz çayının Saatlı rayonu, Seyidlər kəndi ərazisindən keçən hissəsində baş verib. Həmin kəndin sakini 19 yaşlı Həsənov Amin Seymur oğlu Araz çayında çimərkən batıb. Axtarışlar zamanı onun cəsədi batdığı yerin yaxınlığında aşkar edilib.