Avropa Liqası: “Zirə”nin rəqibi müəyyənləşib

18 İyun 2024 18:18 (UTC+04:00)

UEFA Avropa Liqasında I təsnifat mərhələsinin püşkü atılıb.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçirilən tədbirdə “Zirə” klubunun da rəqibi bəlli olub.

Azərbaycan təmsilçi bu raundda Moldovanın “Şerif” klubu ilə qarşılaşacaq.

Qeyd edək ki, “Zirə” ilk oyunu iyulun 11-də səfərdə, cavab matçını isə 18-də Bakıda keçirəcək.