Kəlbəcərdə yabanı halda bitən 1 ton 352 kq çətənə bitkisi məhv edilib

18 İyun 2024 17:14 (UTC+04:00)

Kəlbəcərdə yabanı halda bitən 1 ton 352 kq çətənə bitkisi məhv edilib. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan SİA-ya verilən məlumata görə, Kəlbəcər Rayon Polis Şöbəsinin əməkdaşlarının "Xaş-xaş 2024" planına uyğun olaraq keçirdikləri tədbirlərlə şəhər ərazisində yabanı halda bitən 1 ton 352 kq 3518 ədəd çətənə bitkisi toplanılaraq məhv edilib.