Türkiyədə zavodda yanğın

18 İyun 2024 16:23 (UTC+04:00)

Türkiyənin İstanbul şəhərindəki Tuzla qəsəbəsində avtomobil ehtiyat hissələrini istehsal edən zavodda yanğın başlayıb. SİA “TRT Haber”ə istinadən xəbər verir ki, hadisənin səbəbi məlum deyil.

Hazırda yanğının söndürülməsi üçün qurudan və havadan müdaxilə edilir.

Əraziyə 56 nəqliyyat vasitəsi və 167 nəfərlik briqada cəlb olunub.

İlkin məlumata görə, yanğın nəticəsində ölən və ya yaralanan yoxdur.