Bakıda hotelin qarşısında mikroavtobus yanıb - FOTOLAR

18 İyun 2024 13:49 (UTC+04:00)

Paytaxtın Nərimanov rayonunda hotelin qarşısında mikroavtobusda yanğın olub, yolda sıxlıq yaranıb. Bu barədə SİA-ya Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) məlumat verilib.

Bildirilib ki, Heydər Əliyev prospekti, "Excelsior" hotelin qarşısında mirkoavtobusda yanğın baş verib. Bu səbəbdən metronun "Koroğlu" stansiyası istiqamətində avtomobillərin hərəkətinə qısamüddətli məhdudiyyət tətbiq edilib.