Hacıqabulda mağazada 6 ədəd vitrin-soyuducu yanıb

18 İyun 2024 11:49 (UTC+04:00)

Hacıqabul rayonunun Talış kəndində ümumi sahəsi 90 m² olan ərzaq mağazasının lambirdən ibarət tavanı 30 m² sahədə, 6 ədəd vitrin-soyuducu və piştaxtaya yığılan mallar qismən yanıb. SİA xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Mağazanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.