Qəbirləri dağıtmaqda şübhəli bilinən şəxs həbs olunub

18 İyun 2024 09:27 (UTC+04:00)

Qusar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qəbir daşlarını bilərəkdən dağıtmaqda şübhəli bilinən Pərviz Eldarova cinayət işi başlanılıb və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Bu barədə SİA-ya DİN-in Mətbuat xidmətindən bildirilib.

Qeyd edilir ki, o, tanıdığı şəxslərə məxsus qəbir daşlarını bilərəkdən dağıdaraq yararsız hala salıb.