“Zirə”nin iki rəqibi açıqlandı

18 İyun 2024 05:18 (UTC+04:00)

Boluda təlim-məşq toplanışında olan “Zirə”nin yoxlama oyununda qarşılaşacağı rəqiblərdən ikisinin adına aydınlıq gəlib. SİA xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Komanda iyunun 22-də Rusiyanın “Orenburq”, 25-də isə Rumıniyanın “Hermanştadt” komandası ilə qarşılaşacaq.