Latviyanın mədəniyyət naziri istefa verib

18 İyun 2024 01:18 (UTC+04:00)

Latviyanın mədəniyyət naziri Aqnese Lojina istefa verib.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu barədə “ERR” dövlət teleradio portalı məlumat yayıb.

“Şəxsi səbəblərə görə mədəniyyət naziri vəzifəsini tərk etmək qərarına gəldim”, – o deyib.

Baş nazir Evika Silina onun istefasını qəbul edib.