ABŞ-Britaniya koalisiyası “Ənsar Allah” hərəkatının Yəmən husilərinin qüvvələrinə hücum edib.
SİA TASS-a istinadən xəbər verir ki, bu barədə qruplaşmaya yaxın olan "Al Masirah" telekanalı məlumat yayıb.
Qeyd olunur ki, amerikalılar və ingilislər Əl-Hodeydə əyaləti yaxınlığında, Qırmızı dənizdə, Yəmənin Kamaran adasında husilərə qarşı dörd zərbə endirib.
Ölən və yaralananlar barədə məlumat yoxdur.
...İyunun 16-da husilər Qırmızı dənizdə ABŞ-ın esminesinə, eləcə də iki ticarət gəmisinə – “Kapitan Paris” və “Happy Condor”a hücum etdiklərini bəyan ediblər.
Əli Babayev