Avropa İttifaqının hərbi komitəsinin keçmiş rəhbəri ölü tapılıb

17 İyun 2024 22:54 (UTC+04:00)

Bu arada İtaliyanın məşhur gəmiqayırma şirkəti olan “Fincantieri”-nin prezidenti general Klaudio Qratsiano iyunun 17-si bazar ertəsi səhər saatlarında evində ölü tapılıb.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə İtaliyanın “La Repubblica” qəzeti yazıb.

İlkin versiya kimi generalın intiharı göstərilir.

Qeyd edək ki, keçmişdə o, İtaliya silahlı qüvvələrinin baş qərargah rəisi olub, eyni zamanda Avropa İttifaqının hərbi komitəsinə rəhbərlik edib.

Əli Babayev