İsrail ordusu taktiki pauzanın aradan qaldırıldığını açıqlayıb

17 İyun 2024 16:35 (UTC+04:00)

İsrail Müdafiə Ordusu HƏMAS tamamilə məhv edilməyənə qədər Rəfahda hərbi əməliyyatları davam etdirəcək. SİA xarici mətbuata istinadən xəbər verir ki, israilli general deyib: "Biz onları darmadağın edənə qədər əməliyyatları davam etdirəcəyik".

Bu hadisədən əvvəlki vaxtda İsrail ordusu humanitar məqsədləri əsas tutaraq döyüş əməliyyatlarına lokal taktiki pauzanın tətbiq edildiyini açıqlamışdı.