Bakının iki rayonunda su kəsiləcək

17 İyun 2024 16:19 (UTC+04:00)

Gecə saatlarından başlayaraq sabah gün ərzində Bakının iki rayonunda su kəsiləcək. Bu barədə SİA-ya "Azərsu" ASC-dən bildirilib.

Məlumata görə, yeni parkın tikintisi layihəsi çərçivəsində ərazidən keçən magistral su xəttinin köçürülməsi və yenidən qurulması işləri ilə əlaqədar iyunun 18-də gecə saatlarından başlayaraq gün ərzində Nərimanov və Nəsimi rayonlarının bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Qurum bununla əlaqədar abonentlərdən üzr istəyir.