Türkiyədə 16 minə yaxın insan xəsarət aldı

17 İyun 2024 02:20 (UTC+04:00)

Qurban bayramının ilk günü ölkədə 16 minə yaxın insan xəsarət aldıqdan sonra həkimə müraciət edib". SİA xəbər verir ki, bu barədə Türkiyə Səhiyyə Nazirliyinin rəhbəri Fahrettin Koca məlumat verib.

O vurğulayıb ki, 16 min nəfərdən 1274-ü Ankarada, 840-ı İstanbulda, 416-sı İzmirdə həkimə müraciət edib. Nazirin sözlərinə görə, bu, heyvanların qeyri-peşəkarlar tərəfindən kəsilməsi zamanı baş verib.