Niger uran və neft yataqlarını qorumaq üçün ordusunu 100 minə çatdıracaq

17 İyun 2024 04:33 (UTC+04:00)

Niger hakimiyyəti uran və neft yataqlarını qorumaq üçün silahlı qüvvələrin sayını 100 min nəfərə çatdırmaq niyyətindədir. SİA xəbər verir ki, bu barədə “Ecofin” agentliyi məlumat yayıb.

Ordunun sayının 2030-cu ilə qədər artırılması planlaşdırılır.

Agentlik qeyd edir ki, buna səbəb bir neçə onilliklər ərzində mədən əməliyyatlarını təhdid edən terrorçuların aktiv hücumları ilə izah olunur. Niger neftinin ixrac olunduğu Niger-Benin neft kəməri də daxil olmaqla, digər strateji əhəmiyyətli obyektlər də mühafizəyə məruz qalır.