Türkiyədə avtomobil heyvan bazarına girib - səkkiz nəfər yaralanıb

17 İyun 2024 06:42 (UTC+04:00)

Türkiyədə avtomobil Qurban bayramı ilə əlaqədar təşkil olunan heyvanların satışı məntəqəsinə girib. SİA xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb. Hadisə Mersin şəhərinin Yenişehir rayonunda qeydə alınıb. İdarəetmədən çıxan avtomobil heyvan bazarına girib. Hadisə nəticəsində biri ağır olmaqla səkkiz nəfər yaralanıb, 20 xırdabuynuzlu heyvan isə tələf olub.

Yaralıllar xəstəxanaya çatdırlıb. Faktla bağlı araşdırma aparılır.